- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı Odlar yurdu üçün yadda qalan oldu. Hər 3 növdə bahadırlar uğurlu çıxış etdi. 2 qızıl, 1 gümüş və 2 bürünc medal ilə “klassiklər” komanda hesabında 3-cü yeri tutduğu halda, “sərbəstlər” daha irəli addımlayaraq 4 qızıl və 3 bürünc mükafatla tarixində ilk dəfə Avropa çempionuluğu qazandılar. Qadınlarımızın 1 qızıl, 1 gümüş və 2 bürünc medal ilə ümumi hesabda 5-ci yeri tutması da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Mötəbər yarışdan beynəlxalq dərəcəli hakimlərimiz də üzüağ çıxıblar. Hicran Şərifov və Tural Əliyev qitə birinciliyinin gedişində Dünya güləş birliyinin diqqətində olublar. Adı 2-ci çəkilən referi bu işdə özəlliklə fərqlənib. İlin əvvəlində yüksək – 1-ci dərəcəyə layiq görülən Tural Əliyev bu sınaqda 30-a yaxın görüş idarə edib. Bunlardan biri qadınların 65 kq-da final tutaşması idi.
Güləşmə zamanı onun verdiyi 4 qərar məşqçilər tərəfindən etirazla qarşılansa da, video-təkrarda həmyerlimizin hər dəfə doğru olduğu təsdiqini tapıb. Hakimlərin toplantısında DGB-in instruktorları İbrahim Cicioğlunun (Türkiyə) və Vaçlav Şaynerin (Çex Respublikası) azərbaycanlı ədalət təmsilçisini tərifləmələri və digərlərinə örnək göstərmələri öyünüləsi, alqışlanasıdır.
35 yaşlı referi, allsport.az saytına açıqlamasında, Avropa birinciliyinin yüksək səviyyədə keçdiyini qeyd edib, gələcək hədəfindən söz açıb: “U-23 Avropa çempionatında təşkilatçılıqdan razı qaldım. Bolqarıstan güləş federasiyası pandemiya dönəminə rəğmən, üzərinə düşən vəzifənin öhdəsindən gəldi. Bir neçə gərgin məqamda soyuqqanlı olmağım, verdiyim düzgün xallar beynəlxalq federasiyanın rəhbərliyi tərəfindən bəyənildi.
İlk məsul sınaqda bu yarışı səhvsiz idarə etməyim yolumu açılmağına təkan verəcək. Hədəfim dərəcəmi daha yüksəldərək, Los-Anceles-2028 yay olimpiya oyunları etimad qazanmaqdır. Federasiyamız sağ olsun, hakimlərə daim diqqət və qayğı göstərir. Yeni rəhbərliyin dönəmində bunun daha artaçağına inanıram”.