- Baxış sayı: 21
- 09 Fevral 2026 14:58
- Baxış sayı: 140
- Fevral 08, 2026
- 0

1-ci divizionunun 10-cu turunda MOİK-i qonaq edən “Turan Tovuz” nümunəvi addımla fərqlənib. Allsport.az saytı xəbər verir ki, ev sahibləri 2:0 hesabı ilə qalib gəldikləri oyunda əsgər və şəhidlərimizi yad ediblər.
Vidadi Cəfərovun vurduğu ilk qoldan sonra, futbolçular şəhidlərimizin ruhuna ehtiram olaraq geyimlərindəki nömrələrlə 2783 rəqəmini yaradıblar. Digər futbolçular isə əsgər salamı verib.
“Turan Tovuz” 24 xalla yarış cədvəlinə başçılıq edir.