Türkiyədə mərc edən futbolçuların adları açıqlandı

Türkiyə futbol federasiyası mərc oyunlarında iştiraka görə 1024 futbolçunun adını peşəkar futbol intizam komitəsinə (PFDK) göndərib.

Allsport.az xəbər verir ki, həmin oyunçular barəsində cinayət işi açılıb.

PFDK-ya göndərilən futbolçular arasında super liqa klubunda çıxış edənlərin siyahısı:

Ərsin Dəstanoğlu, Nəcib Uysal (Beşikdaş), İzzət Çəlik, Enes Kəskin, Yusif Özdəmir, Bədirxan Özyurd (Alanyaspor), Əfə Doğan, Furaq Oraq (Rizəspor), Mətəxan Baltaçı, Ərən Almalı (Qalatasaray), Məhəmməd Daha Günəş, Nazim Sangare (Qaziantepspor), İzzət Furxan Mələk, Uğur Xan Ulduz (Göztəpə), Kərəm Qayaarası (Antalyaspor), Mükrəmin Arda Türköz (Əyyübspor), Əgə Albayraq, Əli Əmrə Yanar (Qasımpaşa), Furxan Bəkləviç, Kərəm Yusif Sirkəçi (Fateh Qaragömrük), Cəlil Yüksəl (Samsunspor), Boran Başqan, Salih Malkoçoğlu (Trabzonspor), Adil Dəmirbağ, Alassane Ndao (Konyaspor) və Bərxan Aslan, Əbdulsəməd Buraq (Kayserispor).

Həmin kateqoriyadan