- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləş yığmalarımız təqvim üzrə qarşıdan gələn beynəlxalq yarışlara və Avropa çempionatına hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “klassiklər” və “sərbəstlər” Olimpiya Güləş Mərkəzində toplantısa fevralın 5-dən başlayıb. Çalışmalar ayın 20-dək davam edəcək. Sərbəst üsula çıxış edən bahadırların təlim-məşqinə Türkmənistan millisi də qoşulub.
Qadınlar Ukrayna paytaxtında Qönçə Zaspa hazırlıq bazasındadırlar. Fevralın 10-dan ora yollanan yığmamız ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlaşacaq.
Hər 3 komandanın təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevralda Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.