- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Allsport.az xəbər verir ki, mayın 1-dən 4-dək ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş U-15 Azərbaycan çempionatı keçiriləcək.
4 gün boyunca sərbəst və yunan-Roma güləşi üzrə Şağan olimpiya idman kompleksində ümumilikdə 20 çəki üzrə ölkənin ən güclüləri müəyyənləşəcək.
Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə yarış baş tutacaq. Bu gün sərbəst, mayın 2-də isə yunan-Roma güləşi üzrə texniki iclas və püşkatma mərasimi keçiriləcək.
Milli və beynəlxalq dərəcəli hakimlərimizin idarə edəcəyi çempionatın görüşləri hər gün 10:30-da başlayacaq. Arenaya giriş sərbəstdir.