U-15 sərbəst güləşçilərdən Avropa çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal

Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, qızların ardınca, “sərbəstlər” mübarizə aparıblar.

Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.
Həsən Həsənov (44 kq) 2-ci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) 3-cü yer tutublar.

Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub.

Medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.

Həmin kateqoriyadan