- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yunan-Roma üslubunda çıxış edən millimiz tarixi uğura yetişib. Komandanın 12 üzvü birdən-birə fəxri kürsüyə qalxıb.
Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız 205 xalla komanda hesabında Avropa çempionu olub! Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla 3-cü yer tutub. Millimiz medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.
Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.