- Baxış sayı: 41
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz, daha üç yoxlama oyunu keçirib.
Tahir Baxşıyevin yetirmələri, müvafiq olaraq “Zaza Paçulia akademy” klubuna 74:55, “Orbi” komandasına 58:43 və ilk görüşdə məğlub olduğu “Dinamo Tbilisi” kollektivinə 80:76 hesabı ilə qalib gələrək, təlim-məşq toplanışını uğurla tamamlayıb.