- Baxış sayı: 34
- 09 Aprel 2025 16:58
- Baxış sayı: 62
- Aprel 09, 2025
- 0
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub. Allsport.az xəbər verir ki, yığmamız Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə – 5:3) hesabı ilə qalib gəlib.
Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Qazaxıstan yığması gürcüstanlı futbolçulara qalib gəlib – 1:0.
Turnirdə keçirilmiş bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq:
16 aprel
Yunanıstan – Qazaxıstan 10:0
Azərbaycan – Gürcüstan 5:0
17 aprel
Yunanıstan – Gürcüstan 7:0
Azərbaycan – Qazaxıstan 0:0 (5:4 – pen.)
19 aprel
Qazaxıstan – Gürcüstan 1:0
Azərbaycan – Yunanıstan 1:1 (4:2 – pen.)