- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində ikinci matçına çıxıb. Allsport.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Avstriya yığmasını qəbul edib.
Qeyd edək ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız cari seçmə mərhələyə uğurlu başlamışdı. İlk oyununda səfərdə Farer adaları üzərində səfər qələbəsinə sevinən millimiz indi doğma meydanda bu uğurun davamını gətirməyi hədəfləmişdi.
Lakin seçmə mərhələdəki ilk ev oyunumuz komandamız üçün uğursuz alınıb. Avstriyalı gənclər inamlı qələbə ilə Bakıdan 3 xal aparmağa nail olublar.
AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
4 sentyabr
19:00. Azərbaycan – Avstriya – 0:2 (0:2)
Qollar: M.Qreqoriç, 14 (0:1). M.Qreqoriç, 45-pen. (0:2)
Sarı vərəqə: F.Linhart, 33. M.Qreqoriç, 81. A.Salahlı, 81. A.Nağıyev, 90+2.
Baş hakim: Denis Şerbakov.
Baş hakimin köməkçiləri: Andrey Getikov, Yevgeni Romanov.
Dördüncü hakim: Vadim Pançanka (Hakimlər briqadası Belarusdandır).
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
Bakı. “Dalğa Arena”.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azad Kərimov (14. Tural Hümbətov, 82), 4. Adil Nağıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 6. Vüqar Mustafayev (9. Budaq Nəsirov, 55), 7. İltər Taşkın, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 13. Bilal Sezər, 11. Kərəm Benke (17. Tellur Mütəllimov, 64).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 21. İlyas Səfərzadə, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Avstriya: 1. Daniel Baxmann, 3. Lukas Quqqaniq, 5. Filip Linhart, 19. Kristof Marçinko, 22. Filipp Mvene, 2. Valentino Lazaro (18. Flroian Qrilliç, 67), 7. Dominik Vıdra (k), 8. Alessandro Şopf (17. İlli Sallahi, 88), 10. Luis Şaub (20. Kevin Frizenbixler, 57), 21. Kristian Qartner, 11. Mixael Qreqoriç.
Ehtiyat oyunçular: 23. İvan Luçiç, 4. Lukas Yeger, 6. Kristian Şoyssengeyer, 13. Martin Rasner.
Baş məşqçi: Verner Qreqoriç.