- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Oktyabrın 23-dən 29-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək milli komandalarımız son təlim-məşqi keçir. Sərbəst güləş üzrə yığmamız oktyabrın 4-dən Rusiyada hazırlığa başlayıb. Vladiqafqaz toplanışı ayın 18-dək davam edəcək.
Yunan-Roma və qadınlardan ibarət komandalarımız isə dünya çempionatına Bakıda hazırlaşır. Məşqlər Azərbaycan güləş federasiyasının təlim-məşq bazasında keçirilir.