- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Allsport.az xəbər veirir ki, 5-ci yarış günündə yunan-Roma güləşi üzrə beş çəkidə mübarizəyə start verilib.
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib (9:0). Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzunla qarşılaşacaq.
Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gələcək.
Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib (0:8).
İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib – 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə mübarizə aparacaq.
Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub (5:4). Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb – 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla (Türkiyə) güləşəcək.