DÇ-2014
Üçüncü onluqda

Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldıranların dünya çempionatı başa çatıb. «Allsport.az» xəbər verir ki, yarışın yekunlarına əsasən, Azərbaycanın qadın yığması ümumi komanda təsnifatında 34-cü, kişilərdən ibarət komandası isə bundan bir pilə yuxarı yeri tutub.

Medallar və nəticələrin sıralamasında isə Azərbaycan qadın yığması 22-ci, kişilər 42-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, fərdi yarışda 53 kq-da iki qadın idmançımız qüvvəsini sınayıb. Boyanka Kostova birdən qaldırmada 7-ci (91 kq), təkanla 9-cu (109 kq), cəmdə 8-ci (200 kq) olub. Gülçin Əlizadədə müvafiq statistik göstəricilər, 28-ci (70 kq), 29-cu (90 kq) və 28-ci (160 kq) yerlərdir. Elnurə Abbasova (63 kq) birdən qaldırmada 36-cı (80 kq), təkanda 28-ci (105 kq), cəmdə 35-ci (185 kq) olub.

Kişilər arasında Elmar Əliyev (56 kq) birdən 103 kq-ın (28-ci yer), təkanla 135 (21-ci yer) və cəmdə 238 kq-ın (24-cü yer) öhdəsindən gəlib. Rüstəm İmanzadə (62 kq) mübarizəsini birdən qaldırmada 120 kq-la 15-ci, təkanda 147 kq ilə 16-cı, ümumən, 267 kq-la 17-ci yerdə başa vurub. 94 kq-dakı mübarizədə Dadaş Dadaşbəyli 165 kq-ın öhdəsindən gələrək, birdən qaldırmada 14-cü, təkanla isə 200 kq-la 16-cı yeri tutub. Yekun nəticədə o, 365 kq-la 14-cü olub.

Həmin kateqoriyadan