Ukraynalı Mbappenin göstəricisini təkrarladı

“Roma”nın hücumçusu Artyom Dovbik “Real Madrid”in hücumçusu Kilyan Mbappenin unikal nailiyyətini təkrarlayıb.

Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu İtaliya “A” seriyasının 17-ci turunda “Parma” (5:0) ilə matçda qol vurduqdan sonra son iki mövsümdə Avropanın ən yaxşı beş liqasında 20 fərqli komandanın qapısına ən azı bir qol vuran ikinci futbolçu olub.

Daha əvvəl bunu Mbappe etmişdi. Fransalının hazırda 22 komandaya qarşı qolu var.

Dovbik bu mövsüm “Roma”nın heyətində 22 oyun keçirib, 9 qol vurub və bir məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan