Ulduz futbolçu ilə həyat yoldaşına ağır ittiham

Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes və həyat yoldaşı Viktoriya Triay ciddi hüquqi problemlə üzləşib. Allsport.az xəbər verit ki, cütlük evlərində qeyri-qanuni işçi çalışdırmaqda və insan istismarında ittiham olunur.

Kolumbiyadan olan beş nəfərlik ailə (valideynlər və üç uşaq) 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər futbolçunun malikanəsində rəsmi müqavilə olmadan işlədiklərini iddia edib. Şikayətçilərin sözlərinə görə, Ernandes və həyat yoldaşı onları həddindən artıq ağır iş saatlarında çalışdırıblar.

Artıq məsələ ilə bağlı Versal prokurorluğuna rəsmi müraciət daxil olub. Hazırda prokurorluq tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.

Həmin kateqoriyadan