- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.
Onun şərəfinə Azərbaycan respublikasının dövlət himni səsləndirilib. Mərasimdə, həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.