- Baxış sayı: 299
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 4 çəkidə mükafatçılar bilinib.
2-ci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2, sonra 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu 10:0 üstələyib. O, yarımfinalda türkiyəli Səlçuq Canı 4:3 yenib. Təəsüf ki, uğur sıralamasını finalda davam etdirə bilməyib və serbiyalı legionçu Əli Arsalana 4:7 uduzub.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.
Bu gün Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq) və Arif Niftullayev (97 kq) finala çıxa bilməsələr də, bürünc medal qazanmaq imkanlarını saxlayırlar.