Ümid sonda ölür: Taekvondo millimizdən müjdə – Milad qızıl, Məhəmməd bürünc medal qazandı

Taekvondo millimiz dünya çempionatının sonunda uğursuzluq zolağından çıxa bilib. Allsport.az saytı xəbər verir ki, Koreyaya dövrünün ən güclü heyəti ilə yollanan komandamız, bu günə qədər medal qazana bilməyirdi. Mütəxəssislər bunu mayda Bakıda keçirilmiş İslam oyunlarının yorğunluğu ilə əlaqələndirirdilər.

Hər halda, dünyanın ən güclülərinin yarışının bitimində Azərbaycan taekvondosu beynəlxalq səhnədə hegemon olduğunu bir daha isbatlayıb. Finala qədər itkisiz irəliləyən Milad Hərçəqani (80 kq) həlledici döyüşdə rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək, 1-ci yer tutub.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

Həmin kateqoriyadan