Universiadaya 4 medalla start

Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli dövlətlərin universiadası çərçivəsində güləş yarışları start götürüb.

Allsport.az saytı xəbər verir ki, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub.

4 güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.

Həmin kateqoriyadan