Uşaq futbolunun pulları kazinoda uduzulub! – FOTO

Rusiyanın Kursk şəhərində “Fakel” klubunun uşaq məşqçisi Yevgeni Qavrişev valideynlərdən topladığı təxminən 1 milyon rubla yaxın vəsaiti onlayn kazinoda uduzub.

Allsport.az xəbər verir ki, ötən ilin yayında planlaşdırılan təlim-məşq toplanışı üçün yığılan pulları mərclərdə itirən məşqçi, səfərə bir neçə saat qalmış məşqləri dayandıraraq yoxa çıxıb.

Zərərçəkən valideynlərin şikayəti əsasında başlanmış məhkəmə prosesində Qavrişev günahını etiraf edib. Hazırda mənimsəmə və israf etmə maddəsi ilə mühakimə olunan məşqçini 6 ilə qədər həbs cəzası gözləyir. Valideynlər onun həbsi ilə yanaşı, bir daha pedaqoji və məşqçilik fəaliyyəti ilə məşğul olmamasını tələb edirlər.

Həmin kateqoriyadan