- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Sərbəst güləş millimizin öncüllərindən olan Toğrul Əsgərov gələn ay yığmanın məşqlərinə qoşula biləcək. Allsport.az saytına daxil olan bilgiyə görə, buna Dünya Güləş Birliyi rəsmən icazə verib.
Olimpiya çempionu və mükafatçısının apreldən sərbəst olaraq yarışlarda da çıxışı bərpa olunacaq.
Amma o həmin dövrdə də yüksək hazırlıqdan uzaq olacağından, böyük ehtimalla, Dağıstanın paytaxtı Maxacqalada keçiriləcək Avropa çempionatını buraxacaq.
Xatırladaq ki, Toğrul Əsgərovun qanında qadağan olunmuş həb aşkarlandığı üçün, bahadırımız 1 il beynəlxalq qurumlar tərəfindən cəzalanmışdı.