- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Nijni Novqorod şəhərində keçirilən üzgüçülük yarışında bədbəxt hadisə baş verib.
Allsport.az istinadən xəbər verir ki, turnir zamanı üzgüçü Dmitri İonov ölüb.
O, finiş xəttinə az qalmış özünü pis hiss edib və əlini qaldıraraq xilasedicilərdən kömək istəyib.
İonov sudan çıxan anda huşunu itirib.
Üzgüçüyə ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, moskvalı üzgüçünün həyatını xilas etmək mümkün olmayıb.