- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 127
- Fevral 08, 2026
- 0

Saxa Respublikasının paytaxtı Yakutiyada “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında Azərbaycan millisi daha 2 medal qazanıb.
Allsport.az xəbər verir ki, üzgüçülərimizdən Süleyman İsmayılzadə 200 m məsafədə sərbəst üsulla gümüş mükafata yiyələnib.
Oqtay Hüseynov isə 400 m məsafədə qarışıq üsulla bürünc medal qazanıb.
Bununla da yığmamız ümumi hesabda aktivindəki mükafat sayını 11-ə yüksəldib. Daha öncə idmançılarımız 2 qızıl, 2 gümüş və 5 bürünc medala yiyələnib.