- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Üzgüçülərimiz 92-ci Latviya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya xarakterli turnirdə milli komandamızın üzvü Fatimə Alkərəmova 800 metr məsafəyə sərbəst üsulla yarışda qızıl medala sahib olub. O, 400 metr məsafəyə sərbəst üsulda isə yarışın gümüş mükafatını qazanıb.
Rio oyunlarında iştirak hüququ qazanan Maksim Şemberyev isə Riqa turnirində bir daha bu növ lisenziyanı təsdiqləyib. Üzgüçümüz 400 metr məsafəyə qarışıq və 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda 1-ci olub. Maksim Şemberyev bu nəticələrlə həm Latviya, həm də Azərbaycan rekordlarını təzələyib.