Üzgüçülük federasiyasının prezidenti seçmə komanda ilə görüşüb

Toplantıda Türkiyənin Konya şəhərində 5-ci İslam oyunlarında üzgüçülərin çıxışı və əldə olunan nailiyyətlər müzakirə olunub. Allsport.az saytı xəbər verir ki, üzgüçülük federasiyasının prezidenti Xanlar Fətiyev yarışda 1 dəst medal qazanılmasını yüksək qiymətləndirib:

“Bu Azərbaycan üzgüçülərinin iştirak etdiyi sayca ikinci İslam həmrəyliyi oyunlarıdır. Bakıda keçirilən yarışda da komanda olaraq yaxşı nəticə göstərə bilmişdik. Lakin Konyadakı yarışlarda milli komanda tamamilə yerli, gənc idmançılarla təmsil olunmuşdu.

Federasiyamızın da əsas məqsədi yerli idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara və turnirlərə, Avropa və dünya çempionatlarına yüksək səviyyədə hazırlanmasıdır. Buna görə də idmançılarımıza, onların məşqçilərinə bacardığımız qədər bütün məsələlərdə yardımçı olmağa çalışırıq”.

Həmin kateqoriyadan