- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakı su idman sarayında təşkil olunan yarışlara 3-cu idman dərəcəsi olan idmançılar qatılıb.
Allsport.az xəbər verir ki, idmanşıların rəsmi paradından sonra açılış mərasimində çıxış edən Azərbaycan üzgüçülük federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadə yarış iştirakşılarını salamladı və vurğuladı ki, Azərbaycan gənclər və idman Nazirliyi,Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə bu kimi yarışlar həm Bakıda, həm də regionlarda təşkil olunur ki, bu da ölkəmizdə bu idman növünə marağın artmasına yardımçı olur. Federasiya rəsmisi vurğuladı ki, belə idman tədbirlərinin təşkili yerlərdə perspektivli üzgüçülərin vaxtında aşkar edilməsində, onlar milli komandanın tərkibinə cəlb olunmasında vacib rol oynayır.
Çıxış edən Azərbaycan gənclər və idman nazirliyinin 2024-cü il üçün idman səfiri seçilmiş tanınmış taekvandoçu Fəridə Əzizova çıxış edərək ölkəmizdə idmanın bütün növlərinə, eləcə də su idmanı növlərinə dövlət başçısı tərəfindən böyük diqqət və qayğının olduğunu, bunun nəticəsində də bütün sahələrdə idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsindən danışdı.Sonra yarışlara start verildi.
Beynəlxalq üzgüçülük federasiyasının, Azərbaycan respublikası gənclər və idman nazirliyinin, Azərbaycan üzgüçülük federasıyasının nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən açıq çempioanatda Bakı və Sumqayıtdan, o cümlədən Gəncə,Quba, Şəki, Mingəçevir şəhərlərindən 23 müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayırlar. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan respublikasının Tbilisi klunun üzgüçüləri də mübarizə aparırlar.
Ümumilikdə 200-dən çox idmançının mübarizə apardığı birincilikdə üzgüçülər 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər. 4 gün davam edəcək yarışın sonunda qaliblər diplomlarla təltif olunacaqlar.