- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir “Kür” olimpiya idman kompleksində təlim-məşq toplanışı start götürüb.
Allsport.az xəbər verir ki, oktyabr ayının 10-dan başlayaraq keçirilən hazırlıqlarda 16 üzgüçü və 3 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirirlər. Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına verdiyi məlumata görə təlim məşq toplanışının məqsədi qarşıda gələn böyük miqyaslı yarışlara hazırlıqdır:
“Üzgüçülərimiz 23-31 oktyabr tarixlərində Bəhreyn Krallığında keçiriləcək ümumdünya məktəb şagirdləri arasında gimnaziyada güclərini sınayacaqlar. Bundan başqa bu hazırlıqlar 27-30 noyabr tarixlərində Bakıda, su idman sarayında Azərbaycan açıq qış çempionatında, dekabr ayında isə Macarıstanın Budapeşt şəhərində keçiriləcək üzgüçülük üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır” deyə R. Əbdürrəhmanov əlavə edib.
Baş məşqçi bildirib ki, ümumdünya məktəb şagirdləri arasında gimnaziyada ölkəmizi üzgüçülərdən Anastasiya Boborikina, Timur Beker, Süleyman Ismayılzadə, Orxan Əliyev və Oqtay Hüseynov təmsil edəcək.
Azərbaycan gənclər və idman nazirliyinin, Azərbaycan üzgüçülük federasiyanın dəstəyi və birgə təşkilatçılığı ilə üzgüçülük üzrə Azərbaycan yığma komandasının Mingəçevir “Kür” olimpiya idman kompleksində təşkil olunan təlim-məşq toplanışı oktyabrın 25-də yekunlaşacaq.