- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Aprelin 24-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, 4 gün davam edəcək yarış Bakı su idman sarayında təşkil olunacaq.
Çempionatda 3-cü idman dərəcəsi olanlar 50, 100, 200, 400, 800 və 1500 m məsafədə sərbəst üsullarda, 50, 100, 200 m məsafələrdə arxası üstə, brass və batterfley üsullarında üzəcəklər.
Azərbaycan üzgüçülük federasiyasının baş katibinin müavini Tamerlan Abdullazdənin sözlərinə görə, yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır: “Bu kimi yarışların təşkili perspektivli üzgüçülərin aşkar edilməsinə çox yardımçı olur. Burada bölgələrdən də idmançıların qatılmağı təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək potensiala malik idmançıların aşkar olunmasında mühüm rol oynayacaq”.
Açıq Azərbaycan çempionatının açılış mərasimi aprelin 24-də, saat 16:30-da keçiriləcək.