- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 148
- Fevral 08, 2026
- 0

27-30 noyabrda Bakı su idmanı sarayında Azərbaycan açıq qış çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, beynəlxalq üzgüçülük federasiyasının, Azərbaycan respublikası gənclər və idman nazirliyinin, Azərbaycan üzgüçülük federasıyasının nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən yarışda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FİNA xalı olan 240-a yaxın idmançı öz güclərini sınayacaqlar. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda mübarizə aparacaqlar. Yarışda Gürcüstanın “Tbilisi” komandasının idmançıları da güclərini sınayacaqlar.
Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.