- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bu gün su idmanı sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb. Allsport.az xəbər verir ki, açılış mətasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qızlar və oğlanlar öz güclərini sınayıblar.
Yarışlara Azərbaycan idmançıları ilə Türkiyə respublikasından da üzgüçülər qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klubları ilə yanaşı Naxçıvan muxtar respublikasından və Sumqayıt şəhərindən üzgüçülər öz güclərini sınayırlar.
İlk gündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova, Fatimə Alkərəmova kürsünün ən yüksək pillələrinə yüksəliblər.
Bakı su idmanı sarayında təşkil olunan çempionat 3 gün davam edəcək və qaliblər medallar, diplomlarlar və pul mükafatları ilə təltif olunacaqlar.