- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 19
- Dekabr 05, 2025
- 0

Para-üzgüçümüz Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa açıq çempionatında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb.
Bu, Azərbaycan yığmasının çempionatda 3-cü medalı olub.
Qeyd edək ki, komandanın heyətində Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, kəpənək üsulla üzmədə isə gümüş medal qazanıb.