- Baxış sayı: 190
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

VI İslam həmrəyliyi oyunlarında gümüş medal qazanan qadın voleybolçulardan ibarət millimiz vətənə dönüb.
Allsport.az xəbər verir ki, komandamızı Heydər Əliyev beynəlxalq aeroportunda Azərbaycan voleybol federasiyasının əməkdaşları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri qarşılayıblar.
Qarşılanma mərasimində voleybolçularımız və məşqçilər müsahibələr veriblər, jurnalistlərin suallarını cavablandırıblar.
Millimiz VI İslam həmrəyliyi oyunlarında ilkin mərhələdə İran, Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşıb. Üç qələbə qazanan təmsilçimiz finala yüksəlib. Bu oyun isə rəqib Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb və Faiq Qarayevin voleybolçuları yarışı gümüş medalla başa vurublar.