- Baxış sayı: 26
- 26 Mart 2026 15:55
- Baxış sayı: 15
- Mart 26, 2026
- 0

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverdenin qırmızı vərəqəsi ilə bağlı apellyasiya müraciəti rədd edilib.
Allsport.az xəbər verir ki, İspaniya kral futbol federasiyasının (RFEF) intizam komitəsi uruqvaylı futbolçunun “Atletiko” ilə matçda Aleks Baenaya qarşı kobudluğunu araşdıraraq baş hakimin qərarını qüvvədə saxlayıb.
“Kral klubu” Valverdenin topa oynamaq istədiyini iddia etsə də, komitə bu arqumentlə razılaşmayıb.
Qərara əsasən, Valverde 1 oyunluq diskvifikasiya edilib. Əgər onun hərəkəti “ciddi qayda pozuntusu” kimi qiymətləndirilsəydi, bu cəza 2 oyuna qədər arta bilərdi.
Beləliklə, ulduz futbolçu beynəlxalq fasilədən sonra “Real”ın “Malyorka” ilə səfər matçını buraxmalı olacaq.