- Baxış sayı: 34
- 26 Mart 2026 11:58
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

“Liverpul”un kapitanı Vircil van Deyk Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, MLS-ə keçməyə meyllidir. Allsport.az xəbər verir ki, “Əl-Hilal” klubunun niderlandlı müdafiəçiyə ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.
Van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. 33 yaşlı futbolçu bu mövsüm 41 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi cari mövsümün sonuna kimidir.