- Baxış sayı: 32
- 26 Mart 2026 11:58
- Baxış sayı: 223
- Mart 25, 2026
- 0

“Sumqayıt” Azərbaycan premyer liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, XXVI turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.
Bu, klub tarixində premyer liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.
“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.
Bu, həm də Cavadovun baş məşqçi kimi premyer liqada ilk böyükhesablı qələbəsi olub.