- Baxış sayı: 27
- 11 Mart 2026 21:36
- Baxış sayı: 100
- Mart 11, 2026
- 0

Belçika millisinin, “Real Madrid” və “Çelsi”nin sabiq ulduzu Eden Azar futbolda tətbiq edilən VAR (video köməkçi hakim) sisteminin ləğv olunmasının tərəfdarı olduğunu bildirib.
Allsport.az xəbər verir ki, 33 yaşlı keçmiş yarımmüdafiəçi bu texnologiyanın futbolun emosiyalarını öldürdüyünü vurğulayıb.
Azar qardaşı Torqanın çıxış etdiyi matçdan misal çəkərək qeyd edib ki, qol vurulandan sonra qərarı beş dəqiqə gözləmək azarkeşlər və oyunçular üçün dözülməzdir. “Futboldakı ədalətsizliyin də öz gözəlliyi var. VAR hissləri yox edir, ona görə də mən bu sistemdən qurtulardım”, – deyə o bildirib.
Karyerasını 2023-cü ildə başa vuran Azar, texnologiyanın gəlişinin futboldakı əsas problemləri kökündən həll etmədiyini düşünür.