- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Misirdə ümummilli lider Heydər Əliyevin doğum günündə su polosu yığması qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın vaterpol üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin Qahirə şəhərində 6-11 may tarixlərində keçirilən klublararası beynəlxalq turniri yüksək nəticələrlə başa vurublar.
Azərbaycan üzgüçülük federasiyasının mətbuat xidmətinin məlumatına görə bu turnirdə 2009-2010-cu il təvəllüdlü idmançılarımız bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüblər.
2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatçıları olublar.
Vaterpol üzrə milli komandanın baş məşqçisi Azər Babayevin sözlərinə görə bu beynəlxalq turnirdə yetirmələri yüksək səviyyədə çıxış ediblər:
“Yarış çox gərgin mübarizələr şəraitində keçdi. Azərbaycan komandalarından başqa daha 6 komanda mübarizə aparırdı. Misirin komandaları da çox hazırlıqlı və stabil idilər”.