Venesuela tarixində ilk dəfə dünya çempionu oldu

Beysbol üzrə dünya çempionatının final görüşündə ABŞ və Venesuela yığmaları üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, meydan sahiblərinin məğlubiyyəti ilə başa çatan qarşılaşma 2:3 hesabı ilə yekunlaşıb.

Bununla da Venesuela millisi tarixində ilk dəfə dünya çempionu tituluna sahib çıxıb. Yaponiya, Puerto-Riko və ABŞ-nin birgə ev sahibliyi etdiyi turnirin həlledici oyunu Mayami şəhərində təşkil olunub.

Müasir beysbolun banisi hesab edilən amerikalılar ardıcıl ikinci dəfə finalda məğlub olublar (2023-cü ildə Yaponiya yığmasına uduzublar).

Həmin kateqoriyadan