- Baxış sayı: 111
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 92
- Dekabr 05, 2025
- 0

NBA çempionu Pol Pirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunub.
Allsport.az xəbər verir ki, 47 yaşlı sabiq basketbolçu Kaliforniyada yolun ortasında dayanan avtomobilin sükanı arxasında yatarkən aşkar edilib.
Polislər onun spirtli içkinin təsiri altında olduğunu görüblər.
Pirs 15 il heyətində oynadığı “Boston”la 2008-ci ildə NBA çempionu olub.
O, karyerasını 2017-ci ildə başa vurub.