Veteran güləşçilərimizdən daha bir medal

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan pəhləvanları yarışların üçüncü günündə sərbəst güləş üzrə daha 1 gümüş medal qazanıb.

69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılov ABŞ və Macarıstandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə məğlub olan pəhləvanımız dünya çempionatını gümüş medalla tamamlayıb.

Beləliklə, pəhləvanlarımızın sərbəst güləş yarışlarında qazandığı medalların sayı 4-ə yüksəlib. Buna qədər isə, İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş və Rövşən İsmayılxanlı (130 kq) bürünc medal qazanıb.

Həmin kateqoriyadan