- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

6–10 oktyabrda Çex respublikasının paytaxtı Praqada Avropa olimpiya akademiyasının (AOA) VII konqresi təşkil olunub.
Allsport.az xəbər verir ki, tədbirdə milli olimpiya komitəsinin ümumi şöbəsinin müdiri, milli olimpiya akademiyasının elmi katibi Camaləddin Rəhmanov iştirak edib.
Konqres çərçivəsində olimpiya təhsili, gender bərabərliyi, olimpiya dəyərlərinin təşviqi və AOA-nın illik fəaliyyəti müzakirə olunub. Sessiyalardan birində olimpiya mədəniyyəti və təhsil proqramının (OCEP) yaradıcısı, mərhum Mehman Kərimovun fəaliyyətinə xüsusi yer ayrılıb və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresin sonunda milli olimpiya akademiyasının prezidenti Ağacan Abıyev Avropa olimpiya akademiyasının xüsusi mükafatına layiq görülüb