Viktor İqbekoyi: “Zirə”də ən çox nizam-intizamı bəyəndim”

Hələ ki, “Zirə”də yeganə legioner nigeriyalı Viktor İqbekoyidir. Allsport.az xəbər verir ki, o, legioner olmasına baxmayaraq, artıq uzun illərdi ölkəmizdədir və həm futbolumuza, həm də futbolçularımıza yaxşı bələddir.

İqbekoyi klub saytına açıqlamasında “Zirə”də nizam-intizamın yüksək olduğunu deyib: “Yeni komanda, yeni kollektiv. Burda ən çox nizam-intizamı bəyəndim. AZAL-dan tanıdığım futbolçular var burda. Ancaq digərləri də məni yaxşı qarşıladı. Biz artıq indidən bir komanda kimiyik. Bu ən vacib amillərdən biridir. Odur ki, nikbinəm və fikirlərim də müsbətdir. Bütün hallarda oyun üslübu və futbolçuların bir-birinə uyğunlaşması üçün müəyyən vaxta ehtiyacımız var. Premyer liqada bizi güclü rəqiblər gözləyir. Çətin olacağını bilirik, amma azarkeşlərimizi sevindirmək üçün bacardığımızı əsirgəməyəcəyik”.

Həmin kateqoriyadan