Virtsdən əla göstərici

“Liverpul”un almaniyalı yarımmüdafiəçisi Florian Virts çempionlar liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçirilən cavab oyununda (4:0) tarixi rekorda imza atıb.

Allsport.az xəbər verir ki, matçda qol vura bilməsə də, hücumların qurulmasında əsas rol oynayan 22 yaşlı futbolçu rəqib müdafiəsi üçün ciddi təhlükələr yaradıb.

“Opta”nın məlumatına görə, Virts bu qarşılaşmada 8 qol epizodu yaradaraq turnirin tarixində yeni rekorda sahib çıxıb. Bu, 2003/04 mövsümündən bəri — yəni “Opta” statistika toplamağa başladığı vaxtdan etibarən heç bir “Liverpul” oyunçusunun göstərə bilmədiyi rekord nəticədir.

Həmin kateqoriyadan