- Baxış sayı: 30
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Neftçi” bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:
““Neftçi”nin futbolçusu Julius Vobayın ədəbsiz jest etdiyi iddiası mətbuatın gündəmindədir. Əslində, bu iddialara münasibət daha tez verilə bilərdi. Sadəcə, məsələnin aydınlığa çıxması üçün faktlar əldə etmək vaxtımızı aldı. Sizə təqdim etdiyimiz videoya diqqətlə baxın. Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Fikir veririsinizsə, bu jest “Simurq” azarkeşlərinə deyil, qələbə qolunun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu təhqir deyil, Vobaya məxsus qələbə sevincidir. “Neftçi” PFK olaraq bildirmək istəyirik ki, əgər Vobay belə bir hərəkət etmiş olsaydı, ilk növbədə klubumuz onu cəzalandırardı”.
Bu barədə Vobay da açıqlama verib. O, illərdir ölkəmizdə yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söyləyib: “Dünən oyundan sonra da mənə bu haqda sual verildi. Açığı, söhbətin nədən getdiyini bilmirdim. Bu gün kadrları izlədim. Mənə təəccüblü gəldi ki, bu hərəkətim ədəbsiz jest kimi qiymətləndirilib. Halbuki mən bu hərəkətimlə vurduğumuz qolda pay sahibləri olan Nikolas Kanales, Əziz Quliyev, həmçinin qapıçımız Aqil Məmmədovla birgə qələbəni özüməməxsus tərzdə qeyd edirdim. Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam, bir müsəlman kimi bu xalqın inancına, adət-ənənəsinə az-çox bələdəm. Heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm”.