Voleybol yığmaları növbəti oyunlarını keçirəcək

18 yaşadək (U-18) qız və oğlan voleybolçuların şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatlarında qrup mərhələsi başa çatıb.

Allsport.az xəbər verir ki, Gürcüstanın Telavi şəhərində keçirilən qızların yarışında millimiz qrup mərhələsində iki oyun keçirib. Şahin Çatmanın rəhbərlik etdiyi komanda “A” qrupunda Polşa və Gürcüstan yığmaları ilə qarşılaşıb. Polşa millisinə 0:3 hesabı ilə məğlub olan komandamız Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gələrək qrupda ikinci yeri tutub. Millimiz bu gün”B” qrupunun ikincisi olan Estoniya komandası ilə qarşılaşacaq.

Latviyanın Daugavpils şəhərində təşkil olunan oğlanların yarışında millimiz qrupda iki oyun keçirib. “B” qrupunda mübarizə aparan yığmamız Estoniya və Ukrayna komandalarına qarşı oynayıb və hər iki görüşdə 0:3 hesabı ilə məğlub olaraq qrup üçüncüsü olub. Komandamız bu gün “A” qrupunun üçüncüsü olan Gürcüstan millisi ilə üz-üzə gələcək.

AVRO-2026-ya seçmə xarakteri daşıyan yarışın qaydalarına əsasən A1–B1 oyununun qalibi Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

EEVZA

U-18 (oğlanlar)

23 noyabr

13:00 Gürcüstan – Azərbaycan

U-18 (qızlar)

23 noyabr

14:30 Azərbaycan – Estoniya

Həmin kateqoriyadan