- Baxış sayı: 194
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarında iştirak edəcək 17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan komandası hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.
Allsport.az xəbər verir ki, bu gün komandamız bu məqsədlə Tbilisiyə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız Gürcüstanın yeniyetmələrdən ibarət milli komandası ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.