- Baxış sayı: 158
- 24 Mart 2026 13:04
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Avstriyanın paytaxtında akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana reqatası keçirilib. Allsport.az saytı xəbər verir ki, sayca 120-ci yarışda Azərbaycan uğurlu nəticələr qazanıb.
Böyüklər arasında Bəhmən Nəsiri 2000 metr məsafəyə yürşülərdə “A” finalında qızıl medala sahib olub. Murad Sadıqov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə “A” finalında finişi 2-ci yerdə keçib.
Gənclərdə Nurlan Paşayev 1500 metr qızıl məsafədə “A” finalında 1-ci olub. Yeniyetmələrdə 1- nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov “A” finalında bürünc medal qazanıb.