- Baxış sayı: 285
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 96
- Dekabr 05, 2025
- 0
“Xəzər adaları” klubu Oğuz rayonunda təlim-məşq toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, komandanın yeni futzalçıları hazırlıqda bağlı açıqlama veriblər.
Lolo Xarke: “Təlim-məşq toplanışı keçdiyimiz kompleks çox yaxşı şəraitə malikdir. Məşqlər normal qaydada davam edir. Bu toplanış bizim çempionat oyunlarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Sonda Oğuzun mənzərəli yer olduğunu vurğulamalıyam”.
Karlos Anos Rodrigez: “Həm taktiki həm də fiziki məşqlərimiz normal şəkildə davam edir. Mehriban kollektivimiz vər. Komanda yoldaşlarımızla çox yaxşı anlaşırıq. “Khazar Islands”da olduğumuz üçün xöşbəxtik. Təlim-məşq toplanışı üçün səfər etdiyimiz Oğuz rayonu möhtəşəm təbiətə malikdir”.