- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası bu idman növünün ənənələrinin bərpasını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bölgələrdə avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edən AKAF, bu dəfə Xəzər dənizində sınaq yürüşü keçirib.
Federasiya yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkilini planlaşdırır ki, bunun nəticəsində də Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq. Paytaxt Bakıda əhalinin daha çox yaşadığını nəzərə alsaq bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq.
Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.