VİDEO
“Xəzər Lənkəran” Elvin Əsgərovun bu qərarlarını düzgün saymır

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşdığı “Sumqayıt”la səfər oyununu idarə edən baş hakim Elvin Əsgərovun bu sıra qərarlarından narazı qalıb. Allsport.az xəbər verir ki, cənub klubu bu barədə oyunun protokolunda qeydlər aparmışdı.

Bu gün isə “ağ-yaşıllar” onları narazı salan epizodlarla bağlı videoçarx hazırlayıblar. Cənubluların etiraz etdiyi həmin qərarlar bunlardır:

“Sumqayıt” – “Xəzər Lənkəran” oyununda baş hakimin yanlış qərarları:

1. Cərimə meydançasında Orxan Əliyevə qarşı aşkar kobudluq

2. Baş hakim zərbədən sonra fit çalır, amma qərar dəyişdirilmir.

3. Oyunun 53-cü dəqiqəsində Orxan Əliyevin üzünə açıq-aşkar dirsək zərbəsi

4. Rasim Ramaldanova qarşı cərimə meydançasında kobudluq

5. Elnur Cəfərovun zərbəsindən sonra baş hakim künc nöqtəsini yox, qapıdan zərbə qərarı verir.

Həmin kateqoriyadan